Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !

Azərbaycan dili
Çağrı Mərkəzi

“Dövlət Xidmətləri Reyestri ”

Dövlət Xidmətləri Reyestri (DXR) layihəsi vasitəsilə 138 dövlət orqanı tərəfindən həyata keçirilən ümumilikdə 987 dövlət xidməti qeydə alınıb. Sözügedən xidmətlərdən 461-i elektronlaşdırılıb. Dövlət xidmətlərinin elektron reyestrinin aparılmasının bir çox məqsədləri var:

Qurumların göstərdikləri xidmətlərin ümumi sayının və istiqamətlərinin (fiziki və hüquqi şəxslərə, qurumlara və s.) müəyyən edilməsi;

Xidmətlər haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi;

Xidmət sahələri üzrə standartların və hər bir xidmətin reqlamentinin müəyyən edilməsi;

Xidmətlərin elektronlaşdırılması istiqamətində görülən işlərin sürətləndirilməsi və bu sahədə prioritet istiqamətlərin müəyyən edilməsi;

Xidmətlərin göstərilməsi üçün istifadə olunan informasiya sistemlərinin və informasiya ehtiyatlarının inteqrasiyasının təmin edilməsi;

Xidmətlərin təşkili üzrə dövlət xərclərinin səmərəli istifadəsi barədə təkliflərin verilməsi;

Eyni məzmunlu xidmətlərin aşkar edilməsi və təkrarçılığın aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi;

Yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi;

Xidmətlər üzrə təhlillərin, proqnozlaşdırmanın və monitorinqlərin aparılması;

Vətəndaşların xidmətlər haqqında ətraflı məlumat əldəetmə imkanlarının və şəffaflığın təmin edilməsi;

Qurumların fəaliyyətinin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi;

Xidmətlər üzrə mərkəzləşdirilmiş məlumat-axtarış bazasının yaradılması;

Vətəndaşların günün 24 saatı ərzində portal vasitəsi ilə bütün dövlət xidmətləri haqqında məlumat ədə edə bilməsi və xidmətlər haqqında vahid məlumat bazasının formalaşması istər vətəndaşların dövlət xidmətlərin istifadəsinə, istərsə də biznes mühitinə öz müsbət təsirlərini göstərir.