
Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !
“Elektron
hökumət” portalı müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət
qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara,
hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə
informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaratmaq məqsədi ilə formalaşdırılmışdır.
Portalın başlıca fəaliyyət istiqamətləri vətəndaşlar və dövlət qurumları
arasında “bir pəncərə” prinsipini tətbiq etməklə, bütün xidmətlərin vahid platforma
üzərindən elektron qaydada həyata keçirilməsini əhatə edir.
Portalı
dövlət qurumlarının elektron xidmətlərinin mərkəzləşdirilmiş qaydada təqdim
olunmasına, vətəndaşların bu xidmətlərdən istifadəsinə, dövlət qurumlarının
portala qoşulmuş informasiya sistemləri və ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış
sistemləri, reyestrlər və digər informasiya resursları) qanunla müəyyən edilmiş qaydada informasiya əldə edilməsinə xidmət edir.