Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !

Azərbaycan dili
Çağrı Mərkəzi

“CheckApp”

“CheckApp” mobil tətbiqi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılıb. Tətbiq Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə nəzərdə tutulan qurum və müəssisələrdə COVID-19 pasportlarının yoxlanılması məqsədilə yaradılıb.

Tətbiq vasitəsilə Nazirlər Kabinetinin müvafiq Qərarı ilə nəzərdə tutulan qurum və ya müəssisənin aidiyyati səlahiyyətli şəxsi yaşı 18-dən yuxarı olan vətəndaşın ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində, qapalı məkanda göstərilən xidmətlərdən istifadə edə bilməsi üçün onun COVID-19 pasportunu yoxlayır. Tətbiq üzərindən vətəndaşın COVID-19 pasportu aşağıdakı 4 sadə üsuldan biri ilə yoxlanıla bilər:

• Vətəndaşın COVID-19 pasportunun QR kodunu oxutmaqla;

• Vətəndaşın FİN-i və doğum ili üzrə axtarış etməklə;

• Vətəndaşın şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və doğum ili üzrə axtarış etməklə;

• Vətəndaşın adı, soyadı, ata adı və doğum ili üzrə axtarış etməklə;

• Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin pasport nömrəsinə görə axtarış etməklə.

COVID-19 pasportlarının yoxlanılması üçün “CheckApp” mobil tətbiqini icaze.e-gov.az portalından yükləmək mümkündür.

Daha ətraflı məlumatla təlimat videosunda tanış olmaq mümkündür: https://youtu.be/NPyyUzJFtSo