“Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi”

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İsrailin “Technion” İnstitutu ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini təsis edib. Bu mərkəzlə 3 il ərzində Azərbaycanda 1000-ə yaxın şəxsə kibertəhlükəsizlik təlimləri keçirilməsi nəzərdə tutulub. Azərbaycanda kibertəhlükəsizlik sahəsində olan kadr çatışmazlığının aradan qaldırılması məqsədilə layihə müddətində 4 istiqamətdə təlimlər keçirilir:

• İxtisaslaşmış kadr hazırlığı;

• Məlumatlandırma təlimləri;

• Yüksək vəzifəli kibertəhlükəsizlik mütəxəssislərinin ixtisas artırması təlimlər;

• Kibertəhlükəsizlik məhsullarının araşdırılması və məhsul hazırlığı.


Xarici təlimçilər komandası tərəfindən Technion universitetinin təlim proqramına əsasən keçiriləcək təlimlərdə nəzəri və praktiki biliklər paralel olaraq tədris edilir. Təlimlər 6 ay müddətində saat 09.00-dan 18.00-a qədər davam edir. Hər təlim periodu üçün 60 nəfər mütəxəssisin hazırlanması nəzərdə tutulur. Təlimi uğurla bitirənlərə Technion universitetinin rəsmi sertifikatı verilir. Təlimlərdə 3 növ mütəxəssislərin hazırlanması planlaşdırılıb: Red Team, Blue Team, SOC Team. Hər birində 20 nəfər olmaqla hücum, müdafiə və analitiklərdən ibarət komandalar tədris müddətində simulyasilarda iştirak edərək bacarıqlarını inkişaf etdirirlər.