Azərbaycan dili
Çağrı Mərkəzi

“ASAN Wi-Fi”

ASAN Wi-Fi əsas funksiyası ölkənin müxtəlif yerlərində vətəndaşları pulsuz və yüksəksürətli ictimai internet ilə təmin etmək olan reklam və ictimai məlumatlandırma platformasıdır.

Hazırda ASAN Wi-Fi şəbəkə sistemi Heydər Əliyev Beynəlxalq Hava Limanı, 1, 2 və 3 saylı Bakı “ASAN xidmət” mərkəzləri, Quba regional “ASAN xidmət” mərkəzi, Bakı Dəmiryol Vağzalı, Bravo mağazalarının 3 filialı olmaqla 9 nöqtədə quraşdırılmışdır.

ASAN Wi-Fi pulsuz ictimai məlumatlandırma şəbəkəsi olmaqla istifadəçiləri dövlət və özəl təşkilatların yenilikləri barədə məlumatlandırır.

Ümumilikdə ASAN Wi-Fi şəbəkəsinin 4 əsas funksiyası vardır:

1. Məlumatlandırma platforması;

2. Pulsuz və yüksəksürətli internet şəbəkəsi;

3. Reklam platforması;

4. Promoaksiya və müsabiqələr platforması.