Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !

Azərbaycan dili
Çağrı Mərkəzi

“ASAN Viza”

“ASAN Viza” sistemi nədir və həyatınızı necə asanlaşdırır?

“ASAN Viza” sistemi Azərbaycana gəlmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra əcnəbilər) üçün viza verilməsi prosedurunun sadələşdirilməsi məqsədilə yaradılıb.

“ASAN Viza” sistemi yaranmazdan öncəki problemlər:

  • Ərizə formasının doldurulması üçün səfirlik və ya konsulluğa fiziki müraciət zərurəti 
  • 10-larla sənəd tələbi 
  • 10-15 gün müraciətə müddəti


“ASAN Viza” sistemi sayəsində əldə edilən üstünlüklər: 

  • Sadəcə internet bağlantısı ilə istənilən yerdə vizaya müraciət etmək imkanı 
  • Tələb olunan yeganə sənədin etibarlı ümumvətəndaş pasportu və ya səyahət sənədi olması 
  • 3 saat (təcili viza müraciət forması) və ya 3 iş günü (standart viza müraciət forması) ərzində vizanın alınması


“ASAN Viza”-nı necə əldə etmək olar?

1. www.evisa.gov.az elektron viza portalı vasitəsi ilə (94 ölkə vətəndaşı üçün);

2. Azərbaycan ərazisində yerləşən Beynəlxalq Hava Limanlarında (14 ölkə vətəndaşı üçün).


“ASAN Viza”-nın sərhəddə verilməsi hansı hava limanlarında təmin edilir? 

  • Bakı 
  • Gəncə 
  • Qəbələ 
  • Lənkəran beynəlxalq hava limanlarında


“ASAN Viza”nın elektron viza portalı və hava limanlarındakı özünəxidmət terminalları Azərbaycan, İngilis, Fransız, İspan, Alman, İtalyan, Ərəb, Fars və Rus olmaqla - 9 dildə fəaliyyət göstərir. “ASAN Viza”-nın hava limanlarındakı əməkdaşları ökəmizə səfər edən əcnəbilərə Azərbaycan, İngilis, Fransız, İspan, Alman, Türk, Hind, Ərəb, Fars, İbri, Urdu, Norveç və Rus dillərində xidmət göstərirlər.

“ASAN Viza” vasitəsilə hava limanlarında 14 ölkənin - Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malaziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Yaponiya - vətəndaşlarına vizaların verilməsi təmin edilir.

Həmçinin, körfəz ölkələrində etibarlı yaşayış icazəsinə sahib olan əcnəbilər hava limanlarında “ASAN Viza” vasitəsilə viza əldə edə bilirlər.

Terminallar vasitəsilə orta hesabla bir əcnəbi vətəndaş üçün vizanın verilməsi müddəti 2 dəqiqə təşkil edir. Özünəxidmət terminalları ilə yanaşı xüsusi pəncərələr vasitəsi ilə viza verilməsi və bank xidmətləri də həyata keçirilir.

Ümumilikdə “ASAN Viza” sistemi vasitəsilə 94 ölkədən olan əcnəbilərə elektron viza verilməsi təmin edilir.