
Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !
“ASAN Task” sistemi nədir və həyatınızı necə asanlaşdırır?
“Asan Task” sistemi mürəkkəb strukturlar daxilində işlərin icrasını səmərəli təşkil etmək və bütün növ resursların itkisinin minimuma endirilərək daha yüksək rəqabətə davamlılığı təşkil etmək məqsədilə Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılıb.
“ASAN Task” qurum daxilində layihələrin və həmin layihələrə dair tapşırıqların idarə olunması sistemidir. Sistemdə layihələrin başlanğıcdan sona qədər, eləcə də hər tapşırığın bütün icra prosesi boyunca izlənməsi üçün imkanlar mövcuddur. “ASAN Task”, həmçinin qurum daxilində bir növ intranet sistemi kimi fəaliyyət göstərir.
“ASAN Task” sistemi yaranmazdan öncəki problemlər:
“ASAN Task” sistemi sayəsində əldə edilən üstünlüklər:
“ASAN Task” sisteminin əlavə imkanları:
• Bütün sistemdə panellərin yerlərini dəyişdirmək, yenilərini əlavə etmək, hansınısa silmək, bir sözlə tam özəlləşdirmə etmək;
• Əsas səhifədə əməkdaşların adlarını daxil edərək onların profillərini tapmaq və əlaqə vasitələr daxil olmaqla digər məlumatları görmək;
• Rəhbər şəxslər tərəfindən bütün layihələr üzrə, struktur üzrə, eləcə də əməkdaşlar üzrə tapşırıqların icrası haqqında hesabatlar əldə etmək;
• Xüsusi nəzarətdə olan və ya gecikən tapşırıqları izləmək.
Həmçinin, sistemin əməkdaşlara dair məlumatları özündə saxlayan bölməsi, elanlar, doğum günləri və ya digər əlamətdar tarixlərə dair bildirişlər paneli, ortaq paylaşım və ya şəxsi istifadə üçün faylların saxlanılması, müqavilələr, hüquqi sənədlər, icazə modulu kimi hissələri mövcuddur.
Sistem üzərində aparılan əməliyyatlara dair bildirişlər əlaqədar şəxslərə elektron poçt şəklində göndərilir.
“ASAN Task” sistemindən istifadə müasir idarəetmənin əsas faktorlarından olan planlı, effektiv və koordinasiyalı fəaliyyət göstərməyi təmin edir.