Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !

Azərbaycan dili
Çağrı Mərkəzi

“Asan Ödəniş”

“ASAN ödəniş” sistemi nədir və həyatınızı necə asanlaşdırır?

Çoxfunksiyalı “ASAN ödəniş” sistemi müxtəlif istiqamətlərdə ödənişləri qısa zamanda, təhlükəsiz və rahat şəkildə həyata keçirmək imkanı yaradır.

“ASAN ödəniş” sistemi yaranmazdan öncəki problemlər:

• Növbədə gözləmək məcburiyyəti;

• Vaxt və resurs itkisi;

• Məkandan asılı olaraq ödəniş imkanı;

• Əlavə xərc;

“ASAN ödəniş” sistemi sayəsində əldə edilən üstünlüklər:

• Çoxfunksiyalı ödəniş sistemi;

• Minimum fiziki təmas;

• Sürətli, təhlükəsiz və rahat ödəniş;

• Vaxta və resursa qənaət;

• İstənilən vaxt ərzində, məkandan asılı olmayaraq ödəniş imkanı;

“ASAN ödəniş” sistemi ilə hansı ödənişləri həyata keçirmək mümkündür?

• Kommunal ödənişləri;

• Rabitə ödənişləri;

• Kabel TV ödənişləri;

• İnternet ödənişləri;

• Təhsil ödənişləri;

• Rüsum, Vergi və Gömrük ödənişləri;

• İnzibati cərimə ödənişləri;

• Ədliyyə və Məhkəmə ödənişləri;

• Kredit və Lizinq ödənişləri;

• Sığorta ödənişləri;

• Digər xidmət ödənişləri;

• Yardım Fondu üzrə ödənişlər;

“ASAN ödəniş” sisteminə hansı vasitələrlə ödəniş etmək mümkündür? 

“ASAN ödəniş” terminalları; 

“ASAN Pay” mobil tətbiqi (iOS və Android əməliyyat sistemləri üçün); 

www.asanpay.az portalı

289-dan çox qurumun müxtəlif istiqamətlərdə xidmət üzrə ödənişlərini “ASAN ödəniş” sisteminin www.asanpay.az ödəniş portalı və terminalları, eləcə də sistemə qoşulmuş digər ödəniş portalları və terminalları vasitəsilə heç bir məhdudiyyət olmadan 24/7 etmək mümkündür.

“ASAN ödəniş” - ödəniş etməyin ASAN yolu!