Azərbaycan dili
Çağrı Mərkəzi

“ ASAN Indeks”

2016-cı ildə faliyyətə başlayan və 747 unikal dövlət xidmətinin qiymətləndirilməsini təmin edən ASAN İndeks layihəsinin məqsədləri aşağıdakılardan ibarətdir:

• Hər bir dövlət xidməti və xidmətin icra proseduru haqqında vətəndaşlara məlumat verilməsinin və həmin məlumatların mütəmadi olaraq yenilənməsinin təmin edilməsi;

• Vətəndaşların dövlət xidmətlərinə müraciəti, xidmətdən yararlanma və xidmət üçün ödəniş imkanlarının inkişaf etdirilməsi;

• Dövlət xidmətlərini həyata keçirən şəxslərin peşəkarlıq səviyyəsinin ölçülməsi və inkişaf etdirilməsi.

ASAN İndeks Layihənin üstünlükləri isə aşağıdakılardır:

• Dövlət xidmətlərinin vaxt itkisi olmadan vətəndaşlara çatdırılmasının təmin edilməsi;

• Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın təmin olunması;

• Dövlət xidmətlərinə nəzarət və şikayət mexanizmlərinin inkişaf etdirilməsi;

• Dövlət xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi;

• Dövlət xidmətlərinin elektronlaşdırılması ilə bağlı prosesin sürətləndirilməsi.

Qiymətləndirmə nəticələri barədə arayış hər ilin sentyabr ayınadək xidmət təminatçılarına təqdim olunur və “ASAN xidmət indeksi” üzrə qiymətlər ictimaiyyətə açıqlanır. Qeyd olunan təklif və çatışmazlıqlar üzərində növbəti qiymtələndirmə ilinə qədər təkmilləşdirmə aparılır.

Birinci 2016-2017-ci hesabat ilində pilot layihə çərçivəsində mərkəzi icra hakimiyyəti orqanlarının 178 xidməti və Bakı şəhərində fəaliyyət göstərən yerli icra hakimiyyəti orqanlarının 234 xidməti daxil olmaqla ümumilikdə 412 xidmət qiymətləndirilmişdir.