Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA)

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi arasında baş tutan əməkdaşlıq çərçivəsində ”Potensialın gücləndirilməsi” layihəsi həyata keçirilir.Layihə “Startap akselerasiya proqramı” və “Təlimçilərin təlimi proqramı”-nı özündə ehtiva edir. Ölkədə sağlam innovasiya mühitini formalaşdırmaq, ekosistemdə rəqabət qabiliyyətini gücləndirmək məqsədi ilə həyata keçiriləcək proqram özündə peşəkar mentorluq və səriştəlik fəaliyyətlərini birləşdirir.

Proqram çərçivəsində öz layihələrini inkişaf etdirmək və ideyalarını tanıtmaq istəyən startaplar üçün təşkil olunacaq müsabiqənin qalibləri KOICA tərəfindən dəstək proqramları ilə təmin olunur. Eyni zamanda layihə ərzində mentor olaraq fəaliyyət göstərmək istəyən şəxslərlə təlim proqramları həyata keçirilir və ekosistemin inkişı üçün beynəlxalq metodlar və onlardan istifadə metodları tədris edilir.