Azərbaycan dili
Çağrı Mərkəzi

“Türksat”ın Elektron Hökumət və İnformasiya Cəmiyyəti ilə görüş keçirilib

alarm Created with Sketch. 29-11-2019

“Türksat”ın Elektron Hökumət və İnformasiya Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişaf Mərkəzi arasında görüş keçirilib. Görüşdə fəaliyyət istiqamətləri barədə məlumat verilib, əməkdaşlıq perspektivləri müzakirə olunub.

Tərəflər qarşılıqlı əməkdaşlığın, təcrübə mübadiləsinin, beynəlxalq layihələrə birgə müraciətin, hər iki ölkədə innovasiyalar sahəsində əldə olunan uğurların və layihələrin təbliğatının vacibliyini qeyd ediblər. Cəmiyyətin nümayəndə heyəti, həmçinin “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzinin, “ABAD” publik hüquqi şəxsin, 108 Çağrı Mərkəzinin, ASAN Radionun, ASAN Təlim-Tədris Mərkəzinin, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti ilə də tanış olublar.

“Türksat”ın Elektron Hökumət və İnformasiya Cəmiyyətinin nümayəndə heyəti “StartupFest2019” tədbiri çərçivəsində ölkəmizdə səfərdə olub.