İRİA “Rəqəmsal Azərbaycana doğru” reginoal layihəsi çərçivəsində Bərdə, Naftalan və Ağcabədiyə səfər edib

alarm Created with Sketch. 16-05-2023

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Rəqəmsal Azərbaycana doğru” reginoal layihəsi çərçivəsində Bərdə, Naftalan və Ağcabədiyə səfərləri baş tutub.

“Technest” Təqaüd Proqramı çərçivəsində keçirilən səfər zamanı mentorların iştirakı ilə rəqəmsal savadlılıq, İKT biliklərinin artırılması, gələcəyin peşələri mövzularında region gəncləri ilə görüş baş tutub.

Ümumilikdə 200-ə yaxın region sakininin iştirak etdiyi tədbirdə “Technest” Təqaüd Proqramında iştirak imkanları, bu sahə üzrə karyera dəstəyi haqqında geniş məlumatlar verilib.

Görüş çərçivəsində iştirakçıların təqaüd proqramına cəlb olunması məqsədilə tədris mərkəzləri tərəfindən yerindəcə imtahan keçirilib.