İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Rəqəmsal Azərbaycana doğru” regional layihəsi Naxçıvana səfər edib

alarm Created with Sketch. 05-05-2023

1 may tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Rəqəmsal Azərbaycana doğru” regional layihəsi Naxçıvana səfər edib.

“Technest” Təqaüd Proqramı çərçivəsində reallaşan səfər zamanı Naxçıvan Muxtar Respublikası Gənclər fondunun da iştirakı ilə hər iki regionda gənclərlə görüşlər təşkil olunub. Ümumilikdə 100-dən çox gəncin iştirak etdiyi görüşlərdə: “İKT üzrə bilik və bacarıqların artırılması istiqamətində interaktiv təqdimatlar keçirilib; Gənclər Technest Təqaüd Proqramının fəaliyyəti və yaratdığı imkanlarla tanış olublar; Onlara bu sahə üzrə təhsil və karyera hədəflərinə uyğun təklif və tövsiyələr verilib; Gələcəyin ən perspektivli və innovativ peşələrinin üstünlükləri gənclərə izah olunub və onların bu sahələrə cəlb olunması üçün ruhlandırıcı çıxışlar həyata keçirilib; Görüşdə şagird və tələbələr tərəfdaş tədris mərkəzi tərəfindən yerindəcə imtahan olunub.

İmtahanda uğurlu nəticə əldə edən iştirakçılar "Technest" təqaüdünü qazanmaq şansına daha da yaxın olacaqlar. Naxçıvana səfər zamanı icra nümayəndəliyi ilə də ikitərəfli görüş baş tutub. Müzakirələrdə bölgələrdə İKT sahəsi üzrə yaradılan mövcud infrastrukturlardan məqsədyönlü şəkildə istifadə imkanları,həyata keçiriləcək potensial əməkdaşlıq formatları müzakirə olunub.