İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə birgə yeni əməkdaşlığa başlayıb.

alarm Created with Sketch. 25-04-2023

14 aprel 2023-cü il tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti (AzMİU) və “Code Academy” tədris mərkəzi arasında görüş baş tutub.

AzMİU-da baş tutan görüşdə həyata keçiriləcək əməkdaşlıq formatları müzakirə olunub. Tədbirdə İRİA-nın sədr əvəzi İnarə Vəliyeva, AzMİU-nun rektoru prof. Gülçöhrə Məmmədova , “Code Academy”nin direktoru Ülvi Aslanov və digər rəsmilər iştirak edib. Tərəflər arasında baş tutan əməkdaşlığa əsasən, Agentliyin təsis etdiyi “Technest” Təqaüd Proqramı çərçivəsində “Code for Future” layihəsi üzrə universitetin 70 tələbəsi “AutoCad” üzrə təqaüdlü tədris alır. Dərslər “Code Academy”nin peşəkar müəllim heyəti tərəfindən həyata keçirilir. Bununla yanaşı, İRİA-nın təşəbbüsü ilə Azərbaycan Memarlıq və İnşaat Univeristeti “Huawei Academy”-nin üzvünə çevrilib. Akademiya çərçivəsində AzMİU–nun 4 müəllimi süni zəka ixtisası üzrə təhsilə cəlb olunurlar.

Yekunda “Huawei”-in təşəbbüsü ilə müəllimlər beynəlxalq sertifikatla təmin olunacaq. Bundan sonra dərslərə cəlb olunacaq 100 tələbənin bu sahə üzrə tədrisinə və beynəlxalq sertifikat əldə etməsinə şirkət tərəfindən dəstək göstəriləcək.

Qeyd edək ki, əməkdaşlığın əsas məqsədi texnologiyalar üzrə tədqiqat və inkişafı təşviq etmək, tələbələrə təkcə nəzəri yox praktiki biliklərin də aşılanmasına dəstək olmaq, onların sənayelərə, əmək bazarına çıxışını təmin etməkdir.