Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !

Azərbaycan dili
Çağrı Mərkəzi

Elmi nəşrlərlə bağlı imkanlar Türkiyədə müzakirə edilib

alarm Created with Sketch. 10-10-2022

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” alt qrupun rəhbəri Fariz Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Ankara şəhərinə səfər edib.

Səfər çərçivəsində nümayəndə heyəti tərəfindən Orta Doğu Texniki Universitetində, Ankara Universitetində, Bilkent Universitetində və Hacettepe Universitetində eyni istiqamət üzrə görüşlər keçirilib.

Görüşlərin əsas məqsədi bu istiqamətdə təcrübə mübadiləsi aparmaq, əməkdaşlıq perspektivlərini inkişaf etdirmək olub.

Fariz Cəfərov Azərbaycanda elmi nəşrlərin beynəxlaq göstəriciləri üzrə mövcud vəziyyət, yaxşılaşdırılması üzrə gələcək planlar haqqında təqdimat edib.

Görüşlərdə elm və ali təhsil müəssisələrinin beynəlxalq elmi bazalara çıxışı istiqamətində təcrübənin öyrənilməsi, Türkiyədə elmi tədqiqatların maliyyələşməsi sistemi, universitetlərdə elmi potensialın reytinq sistemi, elmi jurnalların beynəlxalq bazalara daxil edilməsi, birgə elmi tədqiqatların aparılması və potensial əməkdaşlıq imkanları müzakirə edilib.

Türkiyə təcrübəsi ilə tanışlıq zamanı ölkənin elmi nəşrlərlə bağlı reytinq göstəricilərinin yaxşılaşdırılmasının başlıca istiqamətləri müəyyən olunub. Bu istiqamətlərə ölkənin elmi-tədqiqat potensialının gücləndirilməsi, eləcə də rəqəmsal platformalardan geniş istifadə əsasında elmi-tədqiqat fəaliyyətinin düzgün təşkili, idarə edilməsi və beynəlxalq sistemlərə inteqrasiya edilməsi kimi məsələlər aiddir.