Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !

Azərbaycan dili
Çağrı Mərkəzi

"Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupunun TÜBITAK-la görüşü keçirilib

alarm Created with Sketch. 06-07-2022

“Texnologiya və innovasiya” üzrə işçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupunun TÜBITAK-la (Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu) 5 iyul 2022-ci il tarixində görüşü baş tutub. Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, eyni zamanda İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Milli Elmlər Akademiyası, Elmin İnkişafı Fondu, Dövlət İqtisad Universiteti və eyni zamanda ekspertlər iştirak edib. Görüş zamanı Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2022-ci il üzrə Yol Xəritəsi təqdim olunub, Yol Xəritəsinin icrası ilə bağlı görülmüş işlər barədə TÜBİTAK-ın rəhbərliyinə məlumat verilib. Eyni zamanda, TÜBİTAK-ın ekspertləri tərəfindən elmi nəşrlərin yaxşılaşdırılması istiqamətində Türkiyə Respublikası tərəfindən həyata keçirilən tədbirlərə dair təqdimat nümayiş olunub. Görüş çərçivəsində elmi nəşrlərə dair elektron arxivin və elektron kitabxananın yaradılması, elmi nəşrlərin stimullaşdırılması istiqamətində dövlət dəstək mexanizmləri və s. müzakirə olunub. Görüşün yekununda, Türkiyə Respublikası ilə gələcək əməkdaşların perspektivləri müzakirə olunub və mütəmadi görüşlərin keçirilməsinə dair qərar qəbul olunub.