Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !

Azərbaycan dili
Çağrı Mərkəzi

Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə altqrupun 5-ci iclası keçirilib

alarm Created with Sketch. 23-06-2022

Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupun 5-ci iclası keçirilib.

Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyası “Texnologiya və innovasiya” üzrə İşçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupun növbəti- beşinci hesabat xarakterli görüşü keçirilib. Görüş yeni istifadəyə verilmiş 7 saylı Bakı “ASAN xidmət” mərkəzində təşkil olunub. Tədbirdə işçi qrupun nümayəndələri, gənc alimlər, ali təhsil müəssisələrinin akademik heyəti və şirkət nümayəndələri iştirak ediblər.

Altqrupun rəhbəri, Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov "Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması üzrə 2022-ci il üzrə Yol Xəritəsi"nin icrası istiqamətində görülmüş işlər barədə auditoriyaya məlumat verib.

Sonra bp şirkətinin maliyyə dəstəyi və “Ekvita” şirkətinin araşdırması nəticəsində ortaya çıxan hesabatın təqdimatı keçirilib. Təqdimat İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktor müavini Arzu Hüseynova və Azərbaycan Dövlət İqtisad Universitetinin Əlavə təhsil şöbəsinin müdiri Emin Qəribli tərəfindən iştirakçıların diqqətinə çatdırılıb.

Təqdimat zamanı tədqiqatçıların xarici akademik dil bacarıqlarının və rəqəmsal səriştələrinin artırılması üçün proqramların hazırlanması, onların həyata keçirilməsi üçün ən yaxşı proqramların müəyyən olunması, rəqəmsal mühitdə səriştələr sisteminin qurulmasından bəhs edilib, “Web of Science”da jurnalın impakt-faktoruna baxılması və işləmə qaydaları, eyni zamanda “Google Scholar” sistemində qeydiyyat və işləmə qaydaları haqqında danışılıb.

Görüş zamanı elm və təhsil müəssisələrində tələbələrin tədqiqat yönümlü bacarıqlarının və metodoloji səriştələrinin artırılması, istinad mədəniyyətinin formalaşdırılması üçün tədbirlər planının hazırlanaraq həyata keçirilməsi, həmçinin tədqiqat mədəniyyətinin formalaşdırılması üçün pilot proqramların hazırlanması və tətbiqi məsələlərinə də toxunulub. Tədbirdə elmi nəşrlərin stimullaşdırılması üzrə ölkələrin ən yaxşı təcrübələrinə nəzər salınıb. Elmi tədqiqatlarçıların xarici dil və rəqəmsal bacarıqlarının artırılması üzrə proqramlara, eləcə də mövud qanunvericilik aktlarına təklif olunacaq əlavə və dəyişiklərə dair razılığa gəlinib və bundan sonrakı dövrdə həmin proqramların həyata keçirilməsi istiqamətində aidiyyatı qurumlarla işlərin davam etdirilməsi qərara alınıb. Yekunda iştirakçılar tərəfindən mövzulara dair fikirlər bildirilib, müzakirə aparılıb.