Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !

Azərbaycan dili
Çağrı Mərkəzi

EHİM “Rəqəmsal icra hakimiyyəti” layihəsi ilə bağlı təlimləri davam etdirir

alarm Created with Sketch. 03-02-2022

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) “Rəqəmsal icra hakimiyyəti” layihəsi çərçivəsində təlimləri davam etdirir. Növbəti onlayn təlimlər Lənkəran, Lerik, Astara, Cəlilabad və Yardımlı rayonlarının icra hakimiyyətləri əməkdaşları üçün keçirilib.

Ötən ilin noyabr ayında pilot layihə olaraq ictimaiyyətə təqdim edilən “Rəqəmsal icra hakimiyyəti” - rih.gov.az portalı vasitəsilə sosial-iqtisadi aktiv 3 bölgə - Gəncə şəhəri, Masallı və Quba rayonlarının icra hakimiyyətlərinin bir çox xidmətləri elektronlaşdırılıb.

Layihənin əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə yanvarın 26-dan etibarən təlimlərə başlanılıb. Bundan əvvəl Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan Qusar, Xaçmaz, Şabran və Siyəzən rayon icra hakimiyyəti nümayəndələri üçün onlayn təlimlər təşkil olunub.

Təlimlər çərçivəsində portalın həm vətəndaşlar, həm də icra hakimiyyətləri üçün yaradılan funksionallıqları haqqında geniş məlumat verilir.

rih.gov.az portalı vətəndaşlara yerli icra hakimiyyətləri xidmətləri üçün elektron qaydada müraciət etmək, görüşün təyin edilməsi üçün onlayn müraciət etmək, onlayn görüş müraciəti yaratmaq, onların fəaliyyəti haqqında məlumat almaq, müxtəlif mövzuları aktuallaşdırmaq imkanı yaradır. İcra hakimiyyətləri isə “Rəqəmsal icra hakimiyyəti” portalının təqdim etdiyi üstünlüklər sayəsində fəaliyyətlərini daha da səmərəli və operativ qura biləcək, vaxt və resurslarına qənaət edərək daha operativ qərarlar qəbul edə biləcək.

Tədbirdə icra hakimiyyəti nümayəndələrini maraqlandıran suallar da cavablandırılıb.