Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !

Azərbaycan dili
Çağrı Mərkəzi

EHİM nüməyəndə heyəti London şəhərinə səfər edib

alarm Created with Sketch. 25-12-2018

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin nümayəndə heyəti “Azarbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya” çərçivəsində Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığının Rəqamsal Dövlət Xidmətinin dəvəti ilə 15-16 noyabr 2018-ci il tarixlərində Birləşmiş Krallığın London şəhərinə səfər etmişdir.

Səfərin məqsədi Birləşmiş Krallığın Rəqəmsal Dövlət Xidmətinin təcrübəsinin öyrənilməsi və qarşılıqlı əməkdaşlıq olmuşdur. Tərəflər arasında hər iki ölkədəki elektron xidmətlərin inkişafı haqqında müzakirələr aparılmış, uğurlu “ASAN xidmət” modeli təqdim olunmuş və ən yaxşı təcrübələr bölüşülmüşdür. Həmçinin Azərbaycanda Elektron Hökumət sahəsində nəzərdə turulan yenilik və innovasiyalar barəsində müzakirələr aparılmış və “Elektron Hökumət Portalı”, “ASAN Viza”, “ASAN Ödəniş” və digər layihələr təqdim edilmişdir.

Nümayəndə heyəti səfər çərçivəsində həmçinin Böyük Britaniyanın “Kembric Elm Parkı” biznes və texnologiya inkubasiya mərkəzini ziyarət edərək oranın təcrübəsi ilə tanış olmuşdur. Qeyd edək ki, “Kembric Elm Parkı”, Philips, Huawei və Toshiba kimi dünyaca nüfuzlu bir çox şirkət ilə elmi-texniki araşdırmalara ev sahibliyi edir.

“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin 14 mart 2018-ci il tarixli, 1885 nömrəli Fərmanı ilə yaradılan, ölkədəki elektronlaşmış sahələri özündə birləşdirən vahid qurumdur.

“Rəqəmsal Dövlət Xidməti” (Government Digital Service) Böyük Britaniya və Şimali İrlandiyada elektron dövlət xidmətlərinin göstərilməsini vahid portaldan təmin edən təşkilatdır.