Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !

Azərbaycan dili
Çağrı Mərkəzi

EHİM-in nümayəndəsi “Qlobal Hökumət Forumu”nda iştirak edib

alarm Created with Sketch. 14-10-2022

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin direktor müavini Soltan Bayramov Kanadada keçirilən “Qlobal Hökumət Forumu”nda iştirak edib.

Sammitin əsas məqsədi dövlət sektorunda hökumət texnologiyalarının tətbiqi, rəqəmsallaşdırmaya keçidlə bağlı imkanların və çətinliklərin müzakirəsi üçün dünyanın müxtəlif ölkələrindən müvafiq sahə üzrə qabaqcıl nümayəndələri bir araya toplamaqdır. Tədbirdə EHİM-in nümayəndəsi “Rəqəmsal İdentifikasiya: Əsas quruluş bloku” (“Digital ID: The essential building block”) mövzusu ətrafında təqdimatla çıxış edib. Həmçinin “ASAN xidmət” modeli və elektron hökumət sahəsində ölkəmizdə görülən işlərlə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Sözügedən səfər zamanı EHİM-in nümayəndəsi, həmçinin “Qlobal Hökumət Forumu” çərçivəsində təşkil edilən “AccelerateGov” konfransının açılış panelində çıxış edib. Paneldə rəqəmsal dövlət xidmətləri sahəsində olan təcrübə iştirakçıların diqqətinə çatdırılıb.