Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !

Azərbaycan dili
Çağrı Mərkəzi

EHİM-in nümayəndə heyəti Süni Zəka üzrə Komitənin ikinci iclasında iştirak edib

alarm Created with Sketch. 23-09-2022

21-23 sentyabr 2022-ci il tarixində Avropa Şurasının (AŞ) Süni Zəka üzrə Komitəsinin (CAI) ikinci plenar iclası keçirilib. Fransanın Strasburq şəhərində keçirilən iclasda Azərbaycanı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

İclasın əsas məqsədi Komitə tərəfindən süni intellektin inkişafı, dizaynı və tətbiqi üçün hüquqi bazanın mümkünlüyünü və potensial elementləri araşdırmaqdır.

Fariz Cəfərov “ASAN xidmət” mərkəzlərində tətbiq olunan texnoloji yeniliklər, innovasiyalar və dövlət xidmətlərinin göstərilməsində süni intellektin tətbiqi imkanları haqqında çıxış edib.

Avropa Şurasının Nazirlər Komitəsinin Süni İntellekt üzrə Komitəsi (Ad hoc Committee on Artificial Intelligence - CAHAI) 2019-cu ildə yaradılıb. 2021-ci ildən isə Komitə öz fəaliyyətini “CAI” (Committee on Artificial Intelligence) adı altında davam etdirməyə başlayıb.