Çağrı Mərkəzi

EHİM-in əməkdaşları Türkiyədə təlimdə iştirak ediblər

alarm Created with Sketch. 04-03-2020

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin əməkdaşları "TÜRKSAT"la əməkdaşlıq çərçivəsində Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən təlimlərdə iştirak ediblər.

Təlimlərdə "Unix" və "Linux" əməliyyat sistemləri, onların quraşdırılması və digər mövzulara dair nəzəri, praktiki biliklər tədris olunub.

Səfər çərçivəsində əməkdaşlar “E-Dövlət Qapısı” Monitorinq Mərkəzinin ofisinə də səfər ediblər. Burada 7/24 rejimində işləyən sistemləri monitorinq etmək üçün istifadə edilən metodlar, inteqrasiya edilmiş qurumlar və s. haqqında ətraflı məlumatlar əldə olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisi arasında inteqrasiya olunmuş xidmətlər mərkəzinin və dövlət xidmətlərinin rəqəmsallaşdırılması üçün texniki infrastrukturun yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Memorandum çərçivəsində bir çox qarşılıqlı əməkdaşlıq tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub.