Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !

Azərbaycan dili
Çağrı Mərkəzi

EHİM ilə Böyük Britaniyanın Rəqəmsal Hökumət Xidməti arasında növbəti görüş keçirilib

alarm Created with Sketch. 24-11-2021

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Rəqəmsal Hökumət Xidməti arasında onlayn formatda növbəti görüş keçirilib.

Tərəflər arasında imzalanan Niyyət Protokolu çərçivəsində keçirilən görüşdə EHİM-in direktoru Fariz Cəfərov Azərbaycan təcrübəsi, Azərbaycanda həyata keçirilən rəqəmsal hökumət quruculuğu, tətbiq edilən rəqəmsal həllər üzrə ətraflı məlumat verib.

Öz növbəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Rəqəmsal Hökumət Xidmətinin təmsilçisi Klara Barnet rəqəmsal hökumət xidmətləri, quruculuq prinsipləri və rastlaşan problemlər haqqında təqdimatla çıxış edib. Öz təqdimatında o həmçinin, rəqəmsal xidmət dizaynının prosesi, təşkilatının bu istiqamətdə yanaşma və metodologiyası barəsində ətraflı məlumat verib və sualları cavablandırıb.

Onlayn görüş çərçivəsində tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb və müəyyən edilən əməkdaşlıq istiqmətlərinə dair razılıq əldə ediblər.