Çağrı Mərkəzi

EHİM əməkdaşları üçün “Microsoft” şirkətinin mütəxəssisləri tərəfindən təlimlər keçirilib

alarm Created with Sketch. 21-02-2020

“Microsoft” şirkətinin müxtəlif ölkələrdən olan mütəxəssisləri tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) əməkdaşları üçün texniki və praktiki təlimlər keçirilib. Təlimlərin əsas məqsədi şirkət tərəfindən dünya təcrübəsində tətbiq olunan model və infrastrukturların yerli layihələrdə tətbiqinin genişləndirilməsi, təhlükəsizlik və kodlaşdırma sahəsində yeni metodologiyaların öyrənilməsi olub.

Şirkətin texniki satış üzrə mütəxəssisi Nic Vasiliu developerlər və onlarla birgə çalışan digər əməkdaşlar üçün müasir iş yerindəki trendlər, həmçinin proqram tərtibatçıları üçün “Microsoft” komandaları üçün nəzərdə tutulmuş maraqlı əlavələr, onlardan istifadə üzrə ən yaxşı təcrübələr mövzularında təlim keçib.

“Microsoft” şirkətinin “Azure” tətbiqinin inkişafı üzrə mütəxəssisi, təlimçi Uros Kastelic tərəfindən developerlər üçün keçirilən təlimin mövzusu tətbiq inkişafı, proqram mühəndisliyindəki trendlər, yeni alətlər - yeni imkanlar, AppCenter, Visual Studio 2019, GitHub, DevOps Server, tətbiq anlayışları ilə tətbiq monitorinqindən ibarət olub.

Şirkətin Layihə İdarəetmə Sistemlərinin tətbiqi üzrə baş mütəxəssisi Marko Zajc tərəfindən keçilən təlimdə isə layihə rəhbərləri və layihə hazırlığında iştirak edənlər üçün layihə idarəetmə sistemlərinə giriş, layihə idarəetməsində yeni trendlər, proqram inkişafında layihə idarəetmə sistemləri, “MS Project 2019”, ən yaxşı təcrübə və uğur hekayələrindən bəhs edilib.

Qurumun Təhlükəsizlik və Uyğunluq üzrə böyük mütəxəssisi Tomas Kibirkstis iştirakçılara kiber təhlükəsizlikdə “Microsoft”un baxışı və trendləri, “Microsoft” Təhlükəsizlik Mərkəzi və kiber təhlükəsizliyin ən yaxşı təcrübələri haqqında məlumat verib.

Sonda Mərkəz əməkdaşlarının sualları cavablandırılıb.