Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !

Azərbaycan dili
Çağrı Mərkəzi

EHİM AHK Azərbaycanın üzvləri üçün geniş təqdimat edib

alarm Created with Sketch. 04-03-2022

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi ilə Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) arasında görüş keçirilib.

AHK Azərbaycana üzv şirkətlərin, diplomatik nümayəndəliklərin, bir sıra yerli və xarici şirkətlərin rəhbərlərinin iştirak etdiyi görüşdə EHİM-in direktoru Fariz Cəfərov geniş təqdimatla çıxış edib. Təqdimat çərçivəsində “myGov”, “ASAN Viza”, “ASAN Bridge”, “ASAN Login”, “ASAN Finans”, “Rəqəmsal icra hakimiyyəti” və digər layihələr haqqında ətraflı məlumat verilib. Mərkəzin gələcəyə baxışı, rəqəmsal hökumətin strateji təyinatları, rəqəmsal hökumət quruculuğu istiqamətində görülən işlər haqqında görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı maraq kəsb edən mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

EHİM ictimai təşkilatlar, banklar, sığorta şirkətləri və biznes nümayəndələri ilə mütəmadi görüşlər keçirir. Maraqlı tərəflərlə keçirilən görüşlərin yekun hədəfi rəqəmsal xidmətlərlə bağlı ictimaiyyətin rəy və təkliflərini öyrənmək, rəqəmsal həllərin istifadəsini daha da genişləndirmək, vətəndaş məmnunluğunu daha da artırmaqdır.