Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !

Azərbaycan dili
Çağrı Mərkəzi

e-Gov portalı üzərindən TV və Radio istifadəsi üzrə sorğu keçirilib

alarm Created with Sketch. 01-08-2022

“ASAN xidmət”in Elektron Hökumətin İnkişafı Mərkəzi vətəndaşlara elektron xidmətlər göstərməklə yanaşı, xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə mütəmadi olaraq bu və digər istiqamətlərdə onlayn sorğular həyata keçirir. Növbəti belə sorğu elektron hökumət portalında (https://www.e-gov.az/) keçirilib. Belə ki, portal üzərindən Radio istifadəsi üzrə sorğu keçirilib və 10 sualdan ibarət sorğuda 400 nəfərə yaxın vətəndaş iştirak edib.

Sorğu nəticəsində əldə edilən cavablara əsasən müəyyən edilib ki, vətəndaşlar radionu ən çox şəxsi avtomobilində və daha çox səhər saatlarında dinləməyi üstün tutur. Həmçinin, vətəndaşların ən çox musiqi, xəbərlər və məlumat formatlı radio verilişləri dinlədiyi məlub olub.

Sorğunun nəticələrinə əsasən ən çox dinlənilən radio kanallar arasında “ASAN Radio” ilk üçlükdə yer alıb. Qeyd edək ki, “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. “ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. Həmçinin, www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləmək mümkündür. İlk üçlükdə, həmçinin, İctimai Radio və Azad Azərbaycan FM də yer alıb.

Sorğuya əsasən vətəndaşlar məlumatları ən çox rəqəmsal mediadan əldə etdiyini də bildiriblər.

Qeyd edək ki, hal-hazırda 1,4 milyona yaxın istifadəçisi olan e-gov.az elektron portalı üzərindən mütəmadi olaraq vətəndaşların fikirlərini öyrənmək məqsədilə sorğular həyata keçirilir. Portal vasitəsilə “ASAN xidmət”in fəaliyyəti və digər istiqamətlərdə müxtəlif sorğular keçirilib və vətəndaşların fikir və təklifləri toplanılıb. Bu kimi onlayn sorğular xidmət keyfiyyətinin yaxşılaşdırılması və digər yanaşmalar üçün əvəzolunmaz praktik alət hesab oluna bilər.