Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !

Azərbaycan dili
Çağrı Mərkəzi

“ASAN Viza” sistemi iConnect 2018 forumunda təqdim olunub

alarm Created with Sketch. 25-12-2018

21 noyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin nümayəndə heyəti “iConnect” forumunda iştirak edib. Forumda “ASAN Viza” sistemi təqdim olunub.

Bu il 5-cisi keçirilən forum Birləşmiş Ərəb Əmirliliklərinin Dubay şəhərində “VFS Global” şirkətinin təşkilatçılığı ilə baş tutmuşdur. Forumun mövzusu “Viza xidmətlərinin növbəti nəslinin formalaşdırılması" olmuşdur.

Forumda viza xidmətləri sahəsində müasir texnoloji həllərin tətbiqi mövzusuna xüsusi önəm verilməklə yanaşı, məlumatların qorunması məsələsi də əsas müzakirə mövzuları olmuşdur. Bununla yanaşı elektron viza sistemi, viza verilməsi prosesinin asanlaşdırılması, elektron hökumət sistemində identifikasiya, viza sahəsindəki risklər və məsuliyyətlər, məlumatların məxfiliyi, viza sənədləşməsi, sənədləşmə sistemində blokçeyn texnologiyasının tətbiqi və miqrasiya sistemi kimi digər mövzular da müzakirə edilmişdir.

Forum zamanı “ASAN Viza” ilə yanaşı Azərbaycan vətəndaşlarına xarici ölkər üçün viza alma imkanı yaradan “ASAN Viza 2.0” layihəsi də təqdim edilmiş və birgə müzakirələr aparılmışdır. Layihələrin vətəndaşlar və xidmət göstərən qurumlar üçün üstüntünlükləri, sosial-iqtisadi və turizm sahəsinə faydaları qeyd edilib və hər iki layihənin elektronlaşma və bir pəncərədən xidmət prinsipləri ilə yaradıldığı diqqətə çatdırılıb.

Forumda 65 ölkədən miqrasiya xidmətlərinin rəhbərləri, xarici ölkələrin konsulluq idarələrinin rəisləri, səfirlər, viza xidməti təminatçıları və digər dövlət və özəl qurumlardan yüksək vəzifəli şəxslər və eskpertlər iştirak etmişdir.

Qeyd edək ki, “ASAN Viza” sistemi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 saylı “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Fərmanı ilə yaradılıb. Sistem vasitəsilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanı 3 addımla və 3 iş günü ərzində əldə edə bilər. 95 ölkənin vətəndaşları bu sistemdən faydalana bilirlər.

Bu günə kimi ümumilikdə 878 mindən çox “ASAN Viza” verilmişdir, o cümlədən 653 mindən çox elektron viza, hava limanlarında isə “ASAN Viza” əməkdaşları və özünəxidmət terminalları vasitəsilə isə 225 mindən çox viza vermişdir. Müraciətlərin çoxluğuna görə isə ilk onluqda olan İran İslam Respublikası, Səudiyyə Ərəbistanı, Pakistan, Türkiyə, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, İsrail, Türkmənistan, Birləşmiş Krallıq, Almaniyadır. Səyahət edən əcnəbilərin 81,8% hissəsini turizm məqsədi ilə ölkəyə səfər edən şəxslər təşkil edir.