
Son xəbərlər


4-cü “Rəqəmsal Jurnalistikaya doğru” proqramının təlimləri yekunlaşıb

“Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupun 3-cü rüb üzrə hesabat iclası keçirilib

4-cü “Rəqəmsal Jurnalistikaya doğru” proqramı başlayıb

Gənc tədqiqatçılar üçün “Virtual English Language Educator” proqramına start verilib

"ASAN xidmət"in nümayəndə heyəti “GITEX Global”da

EHİM-in nümayəndəsi “Qlobal Hökumət Forumu”nda iştirak edib

Elmi nəşrlərlə bağlı imkanlar Türkiyədə müzakirə edilib

4-cü “Rəqəmsal Jurnalistikaya doğru” proqramına start verilir

"myGov” istifadəçilərinin sayı 1 milyonu ötüb
Yeniliklərə abunə olun
Elektron Hökümətin İnkişafı Mərkəzinin fəaliyyəti ilə əlaqəli yeniliklər emailinizə gəlsin.
Fəaliyyət istiqamətləri



Layihələr










Rəqəmsal icra hakimiyyəti portalı
Rəqəmsal icra hakimiyyəti” portalı – rih.gov.az qərar qəbuletmə prosesində çevikliyin artırılması, rəqəmsal savadlılıq səviyyəsinin yüksəldilməsi, vahid məkandan xidmətlərə çıxışın təmin edilməsi, vətəndaşların vaxtına qənaət edilməsi, müraciət prosesinin asanlaşdırılması, habelə yerli icra hakimiyyətlərinin fəaliyyətində çeviklik və səmərəliliyin təmin edilməsinə hədəflənib. Layihənin ilkin mərhələsində sosial-iqtisadi aktiv 3 bölgə - Gəncə şəhəri, Masallı və Quba rayonları seçilib. Bu rayonlar Azərbaycanın hər bir zonasını (şimal, cənub və qərb) təmsil etməsinə, əhali çoxluğuna və “ASAN xidmət” mərkəzlərinin yerləşməsinə görə təyin edilib.
ASAN Müraciət
“ASAN Müraciət” informasiya sistemi (AMİS) ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi üzrə nəzarətin həyata keçirilməsi məqsədi ilə müvafiq sahə ilə bağlı şikayətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini, həmin şikayətlərə baxılması ilə bağlı icraatın və baxılmanın nəticələrinin sistem üzərindən izlənilməsini təmin edir.
MyGov
"myGov” elektron hökumət portalı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılıb. “myGov” portalının məqsədi reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçidi təmin edərək, təqdim edilən elektron xidmətlər vasitəsilə vətəndaşların işlərini asanlaşdırmaq, şəffaflıq və operativliyi təmin etməkdir.
İcazələrin Alınması və Monitorinqi Sistemi
ASAN Bridge
ASAN Task
CheckApp
"CheckApp"mobil tətbiqi Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı ilə nəzərdə tutulan qurum və müəssisələrdə COVID-19
pasportlarının yoxlanılması məqsədilə yaradılıb.
ASAN Login
ASAN Login” sistemi dövlət və özəl qurumlar tərəfindən göstərilən elektron xidmətlərdən istifadə etmək üçün Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılmış Vahid Giriş Sistemidir. Sistem vasitəsilə istifadəçilər müxtəlif hökumət və qeyri-hökumət portallarında öz şəxsi kabinetlərinə daxil olmaq üçün çoxsaylı istifadəçi adı və şifrələri yadda saxlamaq məcburiyyətində qalmır. Müxtəlif sistemlərdə eyni şəxsin fərqli istifadəçi məlumatlarının yaranmasının qarşısı alınır. Bundan başqa, sistem istifadəçiyə öz səlahiyyətlərini vahid mərkəzdən idarə etməyə imkan verir. “ASAN Login” - vətəndaşların elektron xidmətlərdən istifadəsi üçün yaradılmış sadə, rahat, güvənli Vahid Giriş Qapısıdır.
eGov Portalı
“Elektron
hökumət” portalı müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət
qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara,
hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə
informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaratmaq məqsədi ilə formalaşdırılmışdır.
Portalın başlıca fəaliyyət istiqamətləri vətəndaşlar və dövlət qurumları
arasında “bir pəncərə” prinsipini tətbiq etməklə, bütün xidmətlərin vahid platforma
üzərindən elektron qaydada həyata keçirilməsini əhatə edir.
Portal dövlət qurumlarının elektron xidmətlərinin mərkəzləşdirilmiş qaydada təqdim
olunmasına, vətəndaşların bu xidmətlərdən istifadəsinə, dövlət qurumlarının
portala qoşulmuş informasiya sistemləri və ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış
sistemləri, reyestrlər və digər informasiya resursları) qanunla müəyyən edilmiş qaydada informasiya əldə edilməsinə xidmət edir.
ASAN Viza








